AZ

Hollivudu yasa boğan FACİƏ: Venn Alton Devis həyatını itirib

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

"The Marvelous Mrs. Maisel" serialındakı rolu ilə tanınan amerikalı aktrisa Venn Alton Devis Nyu-Yorkun Manhattan bölgəsində baş verən bədbəxt hadisə nəticəsində vəfat edib.

BAKU.WS xəbər verir ki, hadisə 60 yaşlı aktrisanın dostları ilə axşam yeməyindən qayıtdığı vaxt qeydə alınıb. Devis metro stansiyasına doğru gedərkən avtomobil tərəfindən vurulub. O, dərhal xəstəxanaya yerləşdirilsə də, həkimlərin bütün cəhdlərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Rəsmi məlumatda aktrisanın baş və bədən nahiyələrindən ağır xəsarətlər aldığı bildirilir.

Venn Alton Devisin gözlənilməz ölümü həm Hollivud ictimaiyyətində, həm də onun pərəstişkarları arasında böyük kədər yaradıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
baku.ws

2Mənbələr