AZ

İtkin balıqçılar tapılmayıb - RƏSMİ

Sosial şəbəkələrdə Astarada itkin düşən balıqçıların tapılması ilə bağlı məlumatlar yayılıb.

Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən “Qafqazifo”ya bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Yayılan xəbərlərlə bağlı Cenublu.az-a danışan itkin düşən Ağadədə Həsənovun əmisi Sübhan Həsənov da məlumatları təkzib edib.

“Yayılan yalan məlumatlara görə axtarışlar dayanır. Axtarışlarla bağlı bizdən başqa heç kimin məlumatına inanmayın” – deyə o bildirib.

S. Həsənov əlavə edib ki, ailə dövlət qurumlarından qonşu ölkələrlə əlaqə yaradılaraq Turan və Ağadədənin tapılması istiqamətində işlərin genişləndirilməsini xahiş edir.

Bizim.Media

Seçilən
37
4
bizim.media

5Mənbələr