AZ

Bu, dəhşətli dərəcədə alçaldıcı nəticələr doğurur Professor Zelenski barədə

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Ukrayna Prezidenti Volodimir Zelenski hazırda dünyanın digər siyasi fiqurlarından daha çox təhqir olunur, lağa qoyulur və alçaldılır.

Globalinfo.az xəbər verir ki, bunun Roma Universitetinin Luiss Quido Karli Beynəlxalq Təhlükəsizlik Tədqiqatları Mərkəzinin rəhbəri Alessandro Orsini “Il Fatto Quotidiano” qəzetində dərc olunan məqaləsində bildirib.

Ekspert vurğulayıb ki, Ukraynadakı münaqişə həm Avropa, həm də Zelenski üçün dəhşətli dərəcədə alçaldıcı nəticələr doğurub. NATO ölkələri arasında Ukraynanın hansı əraziləri Rusiyaya verə biləcəyi, ordusunun ölçüsü və təbiəti, eləcə də Kiyevin hansı hərbi ittifaqlara qoşa biləcəyi müzakirə edilir.

Orsini Rusiyanın G8-ə qayıtması və sanksiyaların ləğvi məsələlərinə də diqqət çəkib.

“Həmçinin, Qərbdə Zelenski hökumətinin seçkilərlə dəyişdirilməsi barədə danışıqlar getdikcə artıb. ABŞ rəsmilərinin son açıqlamaları və Prezident Donald Trampın onu amerikalı şoumen P.T. Barnumla müqayisə etməsi diqqət çəkib. Latviya da Ukrayna hakimiyyətindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsi ilə bağlı hesabat tələb edib”, – professor yazıb.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
globalinfo.az

1Mənbələr