AZ

Tramp: Tailand və Kambocanın liderləri döyüşləri dayandırmağa razılaşıblar

ABŞ Prezidenti Donald Tramp Tailand və Kambocanın baş nazirləri ilə yaxşı söhbət etdiyini və bunun ardınca hər iki tərəfin bütün düşmənçilikləri dayandırmaq barədə razılığa gəldiyini bildirib.

"Report" xəbər verir ki, bununla bağlı Amerika liderinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım olunub.

"Tailandın Baş naziri Anutin Çarnvirakul və Kambocanın Baş naziri Hun Manetlə uzun müddət davam edən müharibənin yenidən başlaması ilə bağlı söhbətim olub. Onlar bu axşam atəşkəsi bərpa etməyə, Malayziyanın Baş nazirinin vasitəçiliyi ilə və mənim iştirakımla əldə olunan ilkin sülh razılaşmalarına qayıtmağa razılaşıblar" , - Tramp yazıb.

O qeyd edib ki, daha əvvəl Tailand hərbçilərinin öldüyü partlayış təsadüfi olub, Tailand isə buna çox sərt cavab verib. Trampın fikrincə, hər iki tərəf sülh və ABŞ ilə gələcək ticarətə hazırdır.

Bununla yanaşı, ABŞ-nin hər iki ölkənin hökuməti ilə təmasları davam etdirəcəyi bildirilib. Məqsəd hərbi toqquşmaların qarşısını almaqdır. Əks halda döyüşlər böyük müharibəyə çevrilə bilərdi.

Xatırladaq ki, daha əvvəl Tailandın Baş naziri ABŞ Prezidenti ilə telefon danışığı zamanı Kamboca ilə barışığın olmadığını qeyd edib.

"Vəziyyəti hücuma məruz qalan yox, razılaşmanı pozan tərəf düzəltməlidir" , - Anutin Çarnvirakul bildirib.

Seçilən
17
far.az

1Mənbələr