AZ

Livanda Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 12-də Azərbaycanın Livan Respublikasındakı səfirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Nabatiyyə vilayətinin Abba bələdiyyəsi ərazisində salınmış Heydər Əliyev bağında keçirilən tədbirdə yerli sakinlər, Abba bələdiyyəsinin rəhbərliyi, din xadimləri, Livan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri və səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbirin əvvəlində Ümummilli Liderin bağda qoyulmuş şəkli önünə əklil qoyulub, ruhuna dualar oxunub. Sonra səfir Səməd Həsənov Ulu Öndərin Azərbaycan xalqının həyatındakı tarixi rolundan, dövlətçiliyimizin qurulmasındakı əvəzsiz xidmətlərindən danışıb. Diplomat, həmçinin Livan-Azərbaycan əlaqələrinin inkişafında mərhum Baş nazir Rafiq əl-Həririnin 1998-ci ildə Bakıya səfəri zamanı imzalanan ikitərəfli müqavilələrin əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda ehsan verilib.

Seçilən
104
azertag.az

1Mənbələr