AZ

"Qarabağ"ın oyununun biletləri SATIŞDA

Misli Premyer Liqasının 15-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" oyununun biletləri satışa çıxıb.

Paralel.az xəbər verir ki biletlər bu gün saat 13:00-dan etibarən satışdadır.

Biletləri iTicket.az-da onlayn şəkildə əldə etmək mümkündür. Oyun günü isə biletləri həm də "Azersun Arena”nın kassasında satılacaq.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Xatırladaq ki, dekabrın 14-də keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" matçı 17:30-da start götürəcək.

Seçilən
19
5
paralel.az

6Mənbələr