AZ

“Qarabağ” UEFA reytinqində gerilədi

"Qarabağ" klubu UEFA reytinqində geriləyib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə UEFA-nın saytında məlumat verilib.

Ağdam təmsilçisi Avropa klubları arasında 57-ci pilləyə enib. "Qarabağ"ın aktivində 40 min xal var.

Reytinqə 131 500 xalla "Real Madrid" başçılıq edir. İkinci və üçüncü yerləri müvafiq olaraq, "Bavariya" (124 250) və "İnter" (121 250) tuturlar.


Telegram kanalımız
Seçilən
61
yenisabah.az

1Mənbələr