AZ

Parisdə Ukrayna üzrə görüş baş tutmayacaq

BAKI, 13 dekabr. TELEQRAF

13 dekabr tarixində Fransanın paytaxtı Parisdə keçirilməsi planlaşdırılan Ukrayna mövzusunda görüş ləğv edilib.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı Polşanın "RMF FM" radiostansiyası öz mənbələrinə istinadən yayıb.

Qeyd olunur ki, hazırda bu məlumatın rəsmi təsdiqi yoxdur.

Xatırladaq ki, daha əvvəl "Axios" portalı ABŞ, Avropa və Ukrayna nümayəndə heyətlərinin 13 dekabrda Parisdə sülh planını müzakirə edəcəyini bildirmişdi.

Seçilən
45
teleqraf.com

1Mənbələr