Qafqazinfo saytına istinadən ain.az xəbər verir.
Türkiyənin “Kanal D” telekanalı uzun illərdir “Ev Gezmesi” proqramına aparıcılıq edən Evrim Akınla yollarını ayırıb.
“Qafqazinfo” xəbər verir ki, layihədə struktur dəyişikliyi edilərək, proqramın adı “Pazar Gezmesi” olaraq dəyişdirilib.
Bundan sonra proqramı Asiye Acar təqdim edəcək. Beləliklə, “Pazar Gezmesi” tamaşaçıların qarşısına yeni format və yeni aparıcı ilə çıxacaq.
Qeyd edək ki, “Bez Bebek” serialının çəkiliş meydançasında baş verdiyi iddia olunan hadisələrlə bağlı səslənən açıqlamalar medianın gündəmindədir. Belə ki, serialda “Yağmur” obrazına həyat verən aktrisa Asena Keskinci illər sonra serialdakı təcrübələrindən danışaraq, həm çəkiliş zamanı psixoloji təzyiqə məruz qaldığını açıqlayıb. O, baş rol ifaçısı Evrim Akınla (“Nana”) bağlı bir sıra ittihamlar irəli sürüb. E.Akın isə vəkilləri vasitəsilə iddiaların hamısını rədd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.