AZ

“Real Madrid” Liqa 1-dən 20 yaşlı müdafiəçini gözaltı edib

“Real Madrid” “Renn”in mərkəz müdafiəçisi Jeremi Jakeni yaxından izləyir.

İdman.Biz xəbər verir ki, bu barədə məlumatı X social şəbəkəsindəki “Madrid Universal” səhifəsində jurnalist Matteo Moretto yayıb. O bildirib ki, klub dəfələrlə 20 yaşlı futbolçunu müşahidə etmək üçün skautlar göndərib.

Mənbəyə görə, "Real” Jakenin potensial transferinin klubun gənc istedadları cəlb etmək siyasətinə tam uyğun olduğuna inanır.

Bu mövsüm Jake Liqa 1-də 15 oyunda meydana çıxıb və qol vurmayıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, Jakenin bazar dəyəri 12 milyon avrodur.

İdman.Biz

Seçilən
43
1
idman.biz

2Mənbələr