AZ

Çin "Kuaizhou-11" raketi ilə iki peyk buraxdı

Çin Xalq Respublikası "Kuaizhou-11" daşıyıcı raketi ilə iki peyki uğurla orbitə çıxarıb.

Teleqraf xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Start dekabrın 13-də yerli vaxtla saat 09:08-də ölkənin şimalındakı Jiuquan kosmodromundan həyata keçirilib. Bu, "Kuaizhou-11" raketinin dördüncü missiyası olub.

Məlumata görə, orbitə "Di’er-5" adlı sınaq kosmik aparatı və "Xiwang-5-2" peyki çıxarılıb. Dörd pilləli bərk yanacaqlı "Kuaizhou-11" raketi 25 metrdən artıq uzunluğa malikdir və aşağı Yer orbitinə 1,5 tona qədər faydalı yük daşıya bilir.

Seçilən
56
teleqraf.com

1Mənbələr