Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Ağ Evin Milli İqtisadi Şurasınınrəhbəri Kevin Hassetti və ya Federal Ehtiyat İdarə Heyətinin keçmişüzvü Kevin Uorşu Federal Ehtiyat Sisteminin (FES) sədri vəzifəsinətəyin etməyi düşünür.
Trend-inməlumatına görə, bu barədə ABŞ prezidenti "The Wall Street Journal"qəzetinə müsahibəsində deyib.
"Düşünürəm ki, [namizədlər siyahısında] ilk yerləri Kevin [Uorş]və Kevin [Hassett] tutur. Hər iki Kevin əladır", - deyə Trampbildirib və qeyd edib ki, hələ də "bir neçə əla" namizəd var.
Qəzetin məlumatına əsasən, dekabrın 10-da ABŞ prezidenti Uorşla45 dəqiqəlik müsahibə keçirib və müsahibə zamanı namizəddən FederalEhtiyat Sisteminin rəhbəri təyin olunacağı təqdirdə əsas faizdərəcəsinin azaldılmasının dəstəklənməsi ilə bağlı sual verib. "Ohesab edir ki, faiz dərəcəsi aşağı salınmalıdır. Danışdığım hər kəsbelə düşünür", - deyə Ağ Evin rəhbəri "WSJ" ilə söhbətindəbildirib.