Sosial şəbəkələrdə yayılan görüntülər cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.
Belə ki, bəzi bölgələrdə yas mərasimlərinin toy ab-havasında keçirilməsi, cənazənin evdən musiqi sədaları altında çıxarılması birmənalı qarşılanmayıb.
Yas mərasiminin mahiyyətinə uyğun olmayan bu cür mənzərələr həm dini, həm də sosial baxımdan çoxsaylı suallar doğurur.
Publika.az xəbər verir ki, Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.
Sakinlərdən biri bildirib: "Düzgün deyil. Musiqi ilə yas olar?!".