AZ

Aeroportda sərnişinin əl çantasından 11 000-dən çox almaz çıxdı

Almaniyanın Frankfurt-Mayn hava limanında gömrük əməkdaşları sərnişinlərdən birinin əl yükündə ​​11 270 almaz aşkarlayıblar.

Publika.az xəbər verir ki, Anqoladan gələn 53 yaşlı kişi həbs edilib, almazlar müsadirə olunub.

Federal polisin yaydığı məlumata görə, almazlar əl yükündə ikiqat dibdə gizlədilib. Onların dəyərini müəyyən etmək üçün qiymətləndirmə tələb olunur.

Seçilən
76
publika.az

1Mənbələr