Pakistanın Baş naziri Şahbaz Şərif Aşqabadda Rusiya Prezidenti Vladmir Putinlə görüş üçün 40 dəqiqə gözləyib.
Paralel.az xəbər verir ki bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Bildirilib ki, Pakistan baş naziri gözlədiyi vaxt Rusiya lideri Ərdoğan və Japarovla görüşə gedib.
Şahbaz Şərif isə 40 dəqiqə gözləyəndən sonra gözlənilmədən və icazəsiz Türkiyə, Rusiya və Qırğızıstan prezidentlərinin görüşünə qatılıb.
Qeyd edək ki, görüş Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumu çərçivəsində baş tutub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta