AZ

Bərham Salih yüksək vəzifəyə seçildi

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

İraqın keçmiş prezidenti Bərham Salih BMT-nin qaçqınlar üzrə ali komissarı seçilib. Cenevrədə keçirilən seçkilərdə 12 namizəd mübarizə aparıb.

Globalinfo.az xəbər verir ki, Salih bu postda italiyalı Filippo Qrandini əvəzləyib. O, vəzifəsinin icrasına yanvarın 1-də başlayacaq.

Bərham Salihin seçilməsini BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı da təsdiqləməlidir.

1960-cı ildə anadan olmuş Bəhram Salih Londonda mühəndislik təhsili alıb. O, 2018-2022-ci illərdə İraq Respublikasının prezidenti olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
91
globalinfo.az

1Mənbələr