AZ

“ChatGPT” qətldə “iştirak edib”? - Məhkəməyə verildi - FOTO

ABŞ-ın Kaliforniya ştat məhkəməsində süni intellekt şirkəti "OpenAI" və onun əsas maliyyə tərəfdaşı "Microsoft" barəsində ciddi iddia qaldırılıb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, iddiada "OpenAI"nin məşhur çatbotu "ChatGPT"nin ruhi xəstəlikdən əziyyət çəkən bir şəxsi anasını və daha sonra özünü öldürməyə təşviq etdiyi bildirilir. Bu, çatbotun qətllə əlaqələndirildiyi ilk məhkəmə iddiası kimi qiymətləndirilir.

Məlumata görə, iddia 56 yaşlı Stein-Erik Soelberqin avqust ayında Konnektikut ştatında 83 yaşlı anası Suzanna Adamsı öldürməsi hadisəsinə əsaslanır. İddia ərizəsində qeyd olunur ki, "ChatGPT" Soelberqin özünə qarşı "genişmiqyaslı sui-qəsd" xəyallarını gücləndirib, onun paranoyak inanclarını təsdiqləyərək anasını "təhdid" kimi qavramasına səbəb olub.

Zərərçəkənin əmlakı tərəfindən qaldırılan iddiada bildirilir ki, çatbot istifadəçini saatlarla söhbətdə saxlayıb, hər yeni xəyali təhlükəni möhkəmləndirib və yaxın ətrafındakı insanları düşmən kimi təqdim edib. İddiaçılar "OpenAI"dən müəyyən edilməmiş məbləğdə maddi təzminat və "ChatGPT" üçün əlavə təhlükəsizlik mexanizmlərinin tətbiqini tələb edirlər.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
33
milli.az

1Mənbələr