Argentinalı ulduz futbolçu Lionel Messinin Hindistana səfəri başlayıb.
İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, L.Messini gətirən təyyarə hava limanına enməyə az qalmış, minlərlə fanat hava limanına doğru axışıb.
Artıq futbolçunun xatirəsinə ucaldılan 21 metrlik heykəlin üz hissəsi də nümayiş etdirilib.
Xatırladaq ki, argentinalı ulduz futbolçu Lionel Messi Hindistana təşkil edilən “GOAT” turu çərçivəsində səfər edib və onun səfəri üç gün davam edəcək.