“Barselona”nın baş məşqçisi Hansi Flik vurğulayıb ki, Joan Qarsiya komandada bir nömrəli qapıçı olaraq qalacaq və sıralamada heç bir dəyişiklik olmayacaq.
Publika.az xəbər verir ki, “Joan birincidir. Amma ikinci və ya üçüncü barədə düşünmürəm. Biz Joanı dəyişdirməyəcəyik, o, çox yaxşı çıxış edir,” – alman mütəxəssis deyib.
Bununla belə, alman qapıçı Kopa del Reydə şans qazanmağı ümid edə bilər. “Barselona” növbəti həftə 1/32 final mərhələsində “Qvadalaxara” ilə qarşılaşacaq.