Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Eyni addımlar Türkiyə tərəfindən də atılacaq
Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistan nümayəndə heyətinin Bakıda "3+3" formatında keçiriləcək görüşdə iştirakının mümkünlüyünü istisna etməyib. Simonyan Azərbaycanın Bakıda belə bir görüşün keçirilməsi təklifi ilə bağlı mövqeyinə toxunarkən bildirib ki, hər hansı regional format çərçivəsindən çıxmaq düzgün məntiq olardı. O vurğulayıb ki, əgər hər hansı bir məsələ olarsa, onlar həmin məsələni qaldıracaqlar: "Amma iştirak etməmək, mənim fikrimcə, sadəcə qəbuledilməzdir". 
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Sherg.az-a açıqlamasında deyib ki, Ermənistanın Bakıda keçiriləcək "3+3" formatının növbəti iclasında iştirakı mümkündür. Ekspertin sözlərinə görə, çox güman ki, Gürcüstan da budəfəki toplantıda iştirak edəcək:
"Çünki Gürcüstanın əvvəlki görüşlərdə iştirakına ABŞ etiraz edirdi. Ancaq indi Tbilisi bu, qeyri-ciddi mövqeni və əsassız etirazı qəbul etməyəcək. Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında bu səviyyədə tədbirlərin keçirilməsi instensiv hal alacaq. Sülh prosesi son mərhələyə qədəm qoyub. Ermənistanda gələn il keçiriləcək parlament seçkilərindən sonra yeni Konstitusiyanın qəbulu istiqamətində həlledici addımlar atılacaq və referendum keçiriləcək. Referendumdan sonra yekun sülh sazişinin imzalanmasının qarşısında heç bir maneə qalmayacaq. Eyni zamanda diplomatik münasibətlərin qurulması da təmin olunacaq. Azərbaycanda Ermənistanın, Ermənistanda Azərbaycanın səfirliyi açılacaq. Eyni addımlar Türkiyə tərəfindən də atılacaq".
Analitik hesab edir ki, Azərbaycan hər zaman qonşularla normal münasibətlərin tərəfdarı olub: "Erməniləri də normal qonşu olmağı öyrənməyə çağırmışıq. Bölgəmizin sülh və əməkdaşlıq bölgəsinə çevrilməsinin tərəfdarıyıq. İstəmirik ki, Ermənistan müəyyən xarici qüvvələrin əlində alət olsun. Çünki bu cür davranış nəticə etibarilə həm Ermənistan üçün böyük fəlakətlər gətirib, həm də Azərbaycan xalqı və dövləti üçün faciələrlə nəticələnib. Nikol Paşinyanın sülhyönümlü "4-cü respublika" yaratmaq istəyi də bizim düşüncələrimizə uyğundur. Azərbaycan müstəqillik əldə etdikdən sonra sülh yönümlü bir dövlət olub. Təəssüf ki, Ermənistan bu yolun vacibliyini 30 ildən sonra anlamağa başlayıb. Amma nə qədər gec olsa da, belə bir addım atmaq istəyi təqdirəlayiqdir. Əsas məsələ odur ki, parlament seçkilərində revanşist qüvvələr qalib gəlməsin. Rusiyanın dəstəklədiyi Kilsənin, oliqarxların və R.Koçaryanın birləşdiyi blok seçkilərdə məğlub olsun. Belə olarsa, Paşinyanın başladığı vacib prosesi davam etdirmək mümkün olacaq".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.