AZ

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

Axsham.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının altıncı turunda keçirilən “Qarabağ” – “Ayaks” (2:4) oyununu Qadın və Uşaq Sığınacağında təkbaşına izləyən azyaşlı Əkbər Zülfüqarovla görüşüb.

Axşam.az xəbər verir ki, o, görüş anından lentə aldığı görüntüləri sosial şəbəkədə paylaşıb. Elvin sığınacağa müğənni Ayaz Babayev və aparıcı Könül Muxtarova ilə getdiyini bildirib.

E.Cəfərquliyev balaca Əkbərə imzalı formasını da hədiyyə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
axsam.az

1Mənbələr