AZ

Avropa İttifaqı Ukraynaya 165 milyard avro verəcək Rusiya aktivlərinin taleyi həll olundu

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Avropa İttifaqı Rusiya aktivlərindən 210 milyard avronun müddətsiz dondurulması barədə qərar verib.

“AzPolitika” xəbər verir ki, yeni prosedur sanksiyaların hər altı ayda bir məcburi qaydada yenidən nəzərdən keçirilməsi praktikasını dayandırır və vəsaitlərin gözlənilmədən Moskvaya qaytarılması riskini aradan qaldırır. “Reuters” agentliyi yazır ki, bu addım yaxın iki il ərzində Ukraynaya 165 milyard avroya qədər reparasiya krediti mexanizminin işə salınmasına imkan verəcək.

Belçika, Bolqarıstan, İtaliya və Malta qərarı dəstəkləsələr də, birgə bəyanat yayaraq bildiriblər ki, bu səsvermə pulların avtomatik olaraq Kiyevə verilməsi demək deyil. Bütün texniki detalları və Belçikanın Rusiya tərəfindən mümkün məhkəmə iddialarından qorunması məsələsini Aİ liderləri 18–19 dekabr sammitində müzakirə edəcəklər.

Xatırladaq ki, Belçika, dondurulmuş Rusiya aktivlərinin böyük hissəsi “Euroclear” depozitarisində (190 milyard avrodan çox) yerləşdiyinə görə, daha əvvəl Aİ-nin bu vəsaitlərdən istifadə planını bloklamışdı. Çünki Belçika hakimiyyəti tələb edirdi ki, əgər Rusiya məhkəməyə müraciət edib aktivlərin qaytarılması ilə bağlı iddianı udarsa, ölkənin təkbaşına maliyyə məsuliyyəti daşımaması üçün Aİ-dən dəqiq təminatlar verilsin.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
azpolitika.info

1Mənbələr