AZ

Trampın atəşkəs elanına baxmayaraq Tailand və Kamboca arasında döyüşlər gedir

Kamboca hakimiyyəti Tailand ordusunun sərhəd zonasındakı hədəflərə zərbələr endirməyə davam etdiyini açıqlayıb.

Moderator.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Banqkok da öz növbəsində Kamboca ordusunun mülki obyektləri hədəf alaraq "beynəlxalq hüququn təkrarən pozulması"nı iddia edib.

ABŞ Prezidenti Donald Tramp isə dekabrın 12-də Tailand və Kamboca arasındakı münaqişənin gərginləşməsinin qarşısının alınması üçün hər iki ölkənin liderləri ilə danışdığını bildirib.

O, tərəflərin sərhəddəki toqquşmalardan sonra oktyabr ayında əldə edilən sülh razılaşmasına qayıtmaq barədə razılığa gəldiklərini qeyd edib.

Seçilən
27
3
moderator.az

4Mənbələr