ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, azərbaycanlı tibb xidməti kapitanı Qafur Həsənov Ukraynada gedən müharibədə həyatını itirib.
“44 günlük vətən müharibəsində Goranboy briqadasının tibb xidmət rəisi, müharibədə göstərdiyi qəhrəmanlıqlara görə “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” medalı ilə təltif edilən tibb xidməti kapitanı Qafur Cəmaləddin oğlu Həsənov Azərbaycan ordusundan ehtiyata buraxılandan sonra Rusiya gedib.
Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə həlak olub. Qafur həkimi şəxsən tanıyırdım, canavar kimi oğlan idi, gözündə qorxu olmayan bir qəhrəman idi”, - paylaşımda bildirilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.