AZ

La Liqa prezidentindən Xabinin "Real"dan qovulacağı ilə bağlı şayiələrə münasibət

style='margin-bottom:10px;'>

La Liqa prezidenti Xavyer Tebas "Real"ın baş məşqçisi Xabi Alonsonun istefaya göndəriləcəyinə dair yayılan şaiyələrə münasibət bildirib.

QOL.az xəbər verir ki, o, mütəxəssisi dəstəklədiyini bildirib: 

"Mən bu filmi əvvəllər dəfələrlə izləmişəm. "Real" çətinliklərin öhdəsindən gəlməyi bacaran bir klubdur. Xabi Alonsonun "Real"  DNT-si var. Buna görə də inanıram ki, Xabi, oyunçular və klub irəliləyəcək. Mən Xabini və "Real"ı dəstəkləyirəm".

Qeyd edək ki, "Real" Çempionlar Liqasının Liqa mərhələsində "Mançester Siti" ilə son oyunda uduzub - 1:2. Komandanın La Liqanın 14-cü turunda "Alaves"ə qalib gəlməyəcəyi halda Alonsonun istefaya göndəriləcəyi yazılır. 

Seçilən
26
1
teleqraf.com

2Mənbələr