AZ

Hindistanda pələng fermeri parçalayıb

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Hindistanda fermer pələng hücumunun qurbanı olub.

Oxu.Az bildirir ki, bu barədə "Times of India" nəşri xəbər yayıb.

Bildirilir ki, faciəli hadisə Maharaştra ştatının Çandrapur dairəsində baş verib. Kavadşi kənd sakini, 45 yaşlı Şeşram Zade həftəlik bazardan evə qayıtmayıb. Bir müddət sonra onun meyiti Şankarpur-Kavadşi yolu yaxınlığında, bədənində çoxsaylı ağır və parçalanmış yaralarla aşkarlanıb.

Meşə departamentinin məlumatına görə, pələng fermerə hücum edərək onu parçalayıb, həmçinin ayağının və bədəninin yuxarı hissəsinin bir qismini yeyib.

Hadisədən sonra hakimiyyət orqanları mərhumun ailəsinə 30 min rupi (təxminən 560 manat - red.) məbləğində birdəfəlik kompensasiya ödəyib və ərazidə patrul xidmətini gücləndirib.

Qeyd olunur ki, Çandrapur dairəsində ilin əvvəlindən yırtıcı heyvanların hücumları nəticəsində ölənlərin sayı 42-yə çatıb. Onlardan 38-i məhz pələng hücumlarının qurbanı olub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
2
cebheinfo.az

3Mənbələr