AZ

Qalmaqal:

Rusiyada veterana qarşı edilmiş hörmətsizlik sosial mediada narazılıq yaradıb.

Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilib ki, Yekaterinburqdan olan Viktor adlı veteranın övladları tibb işçilərini atalarına qarşı laqeydlikdə günahlandırıblar.

"Gazeta"nın məlumatına görə, 71 yaşlı ikinci qrup əlil olan və hər iki Çeçenistan müharibəsində iştirak etmiş Viktor şiddətli ağrı və şişkinlik səbəbindən xəstəxanaya yerləşdirilibmiş. Bundan əlavə, o, yaxınlarına qəribə şeylər danışıb və heç vaxt baş verməmiş hekayələr uydurub.

Həkimlər veteranın oğlu ilə söhbətində kişinin təkrar müayinələrdən sonra bazar günü evə buraxılacağını bildiriblər. Lakin ata şənbə günü zəng edərək yaxınlarının onu xəstəxanadan çıxarmasını istəyib.

Daha sonra Viktorun oğlu tibb müəssisəsinə gəlib və orada Viktorun müalicədən imtina sənədini imzalayıb xəstəxanadan getdiyini eşidib.

Seçilən
43
publika.az

1Mənbələr