AZ

Şəkərli diabet xəstələrinin sayı niyə gündən-günə artır? – Araşdırma

Ölkədə endokrinoloji xəstəliklər sırasında ən geniş yayılanı şəkərli diabetdir ki, ilbəil buna yoluxanların sayında artım nəzərəçarpacaq qədərdir.

NOCOMMENT.AZ xəbər verir ki, Kürdəmir rayonunda da diabet daşıyıcılarının hər il sayındakı artım orta hesabla 20-25 % təşkil edir.

Qeyd edək ki, şəkərli diabet əsasən 50-70 yaş arası rayon sakinlərində müşahidə olunsa da, gənc və uşaqlar arasında da bu xəstəliyə tutulanların sayı ilbəil artır.

Ümumilikdə Kürdəmirdə rayon üzrə 20 uşaq şəkərli diabet olaraq dispanser qeydiyyatdadır.

Kürdəmir rayon Mərkəzi Xəstəxanasının endokrinoloq həkimi Çingiz Əliyev yerli büromuza bildirib ki, bu xəstəlikdə birinci yerdə irsiyyət rol oynayır.

“Sonra piylənməsi olan xəstələr də ola bilər. Arterial təzyiqi daim hipertoniya olan xəstələrdə olur. İnfeksion xəstəliklər keçirən bəzi xəstələrdə də bu hal ola bilər. Uzun müddətli qeyri-steroit dərmanları qəbul edən xəstələrdə də ola bilir.

Səbəblər çoxdur, amma əsas yerdə genetika rol oynayır.

Hər il 250-300 nəfərdə şəkərli diabet xəstəliyi aşkarlanır və bu hal ilbəil artır. Regionlarda xəstəliyin bir artım səbəbi də diabetin ilkin simptonlar zamanı diaqnostik səviyyənin yüksəltilməməsidir.Həkimlər bunu indiki halda vacib hesab edirlər”.

“Xəstələrin dərman təminatı necə təşkil olunur?” sualına həkim bildirdi ki, əvvəllər çətinliklər vardı:

“Hal-hazırda bu problem yoxdur. Bu xəstələr Səhiyyə Nazirliyi tərəfindən şəkər salıcı insulinlər, preparatlar, qanda şəkərin miqdarını ölçən qlükoma aparatları, qlükomanın striptləri vaxtlı-vaxtında verilir. İnsulin qəbul edən 1-ci tip xəstələr ayda 1 dəfə, 2 –ci tip yaxud sadəcə həb qəbul edənlər 3-2 aydan bir qlükoma testləri ilə təmin edilirlər”.

“Qeyd edək ki, hazırda Kürdəmirdə 4819 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır. Onlardan 20 nəfəri az yaşlı uşaqlardır. Ötən il ümumilikdə 298 nəfər bu ilin 11 ayı ərzində artıq 316 nəfər şəkərli dibet diaqnozu ilə qeydiyyatdan keçib ki, onların 2-si azyaşlı uşaqlardır.

Şəkərli diabet mədəaltı vəzdə insulin aparatın çatışmazlığı səbəbindən yaranan və qanda şəkərin miqdarını artıran endokronoloji xəstəlikdir”, – həkim qeyd edib.

NOCOMMENT.AZ

Seçilən
76
nocomment.az

1Mənbələr