AZ

NATO ölkələri Rusiya vilayətinin ilhaq planını hazırlayıb

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya ilə ekstremal vəziyyət yarandığı təqdirdə Polşa NATO üzvləri ilə birlikdə qəti addımlar atmağa hazırdır.

Reyting.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avrokorpusun keçmiş komandanı, general Yaroslav Qromadzinski açıqlama verib.

Onun sözlərinə görə, Varşava NATO-dakı tərəfdaşları ilə birlikdə Rusiya ilə mümkün qarşıdurma halında Kalininqrad vilayətinin ilhaqı variantını nəzərdən keçirir.

General bildirib ki, NATO Rusiya anklavının sıradan çıxarılmasına yönəlmiş plan hazırlayıb.

Y. Qromadzinski

“Polşanın məqsədi Rusiya tərəfindən hücuma məruz qalacağı təqdirdə təhdidi aradan qaldırmağa hazır olan güclü və qətiyyətli ölkə kimi özünü təqdim etməkdir”, - deyə Qromadzinski əlavə edib.

E. KAMAL

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
64
reyting.az

1Mənbələr