AZ

Azərbaycanda süni intellekt fabriki qurulur – 2000-dən çox iş yeri açılacaq – FOTO

“NeoOrdo” layihəsi çərçivəsində Azərbaycanda süni intellekt texnologiyaları üzrə yüksək texnologiyalı istehsal fabrikinin yaradılması planlaşdırılır.

Doğru.az xəbər verir ki, layihə “Azturk Holding” ilə Çinin aparıcı süni intellekt şirkətlərindən biri arasında imzalanmış strateji əməkdaşlıq memorandumu əsasında həyata keçiriləcək.

“Azturk Holding”in prezidenti Güləli Bağırov bildirib ki, “NeoOrdo” təşəbbüsü ölkədə süni intellekt sahəsində ilk iri istehsal mərkəzlərindən birinin formalaşmasını hədəfləyir. Onun sözlərinə görə, layihə Azərbaycanın texnoloji infrastrukturunun gücləndirilməsi ilə yanaşı, qlobal süni intellekt bazarında mövqeyinin möhkəmlənməsinə xidmət edəcək.

“Bu layihə yalnız texnologiya istehsalı deyil, eyni zamanda Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır”, – deyə Güləli Bağırov vurğulayıb.

Layihənin icrası nəticəsində 2000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Xüsusilə gənclər üçün yüksək texnologiyalar sahəsində yeni məşğulluq imkanları açılacaq ki, bu da yerli kadr potensialının inkişafına mühüm töhfə verəcək.

Şirkət rəhbərliyi qeyd edib ki, layihə çərçivəsində yerli müəssisələrin yeni texnologiyalarla inteqrasiyası sürətlənəcək və bu proses ümumilikdə ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək.

Layihənin əsas istiqamətlərindən biri Çin-Azərbaycan strateji əməkdaşlığıdır. Çinli tərəfdaşlarla qurulan bu əməkdaşlıq qabaqcıl texnologiyaların Azərbaycana transferini təmin etməklə yanaşı, ölkəni beynəlxalq investorlar üçün daha cəlbedici edəcək.

“NeoOrdo” layihəsi çərçivəsində istehsal olunacaq məhsulların daxili bazarla yanaşı, regional və beynəlxalq bazarlara ixracı da planlaşdırılır. Eyni zamanda nəqliyyat və logistika imkanlarının genişləndirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

Şirkət rəhbərliyi layihənin növbəti mərhələlərində beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini və Azərbaycanın qlobal texnologiya mərkəzlərindən birinə çevrilməsini hədəflədiklərini bildirib.

DOĞRU.AZ

image-img-20251213-wa0017 image-img-20251213-wa0018 image-img-20251213-wa0019 image-img-20251213-wa0020

Seçilən
31
1
dogru.az

2Mənbələr