AZ

Tailand Baş naziri: Hərbi əməliyyatlar davam edəcək

BAKI, 13 dekabr. TELEQRAF

Tailand Baş naziri Anutin Çarnvirakulu ölkəsinin təhlükəsizliyi təmin olunana qədər hərbi əməliyyatların davam edəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

"Tailand təhlükəsizlik təmin olunana qədər hərbi əməliyyatlara davam edəcək. Biz torpağımıza və xalqımıza təhlükənin aradan qalxdığını hiss edənə qədər dayanmayacağıq".

Xatırladaq ki, dekabrın 12-də ABŞ Prezidenti Donald Tramp daha əvvəl Tailand və Kamboca liderlərinin 24 saat ərzində atəşkəsi bərpa etməyə və sülh razılaşmalarını həyata keçirməyə razılaşdıqlarını açıqlamışdı.

Seçilən
29
1
teleqraf.com

2Mənbələr