AZ

Ardanın qiyməti fantastik həddə artdı

“Transfermarkt”ın məlumatına görə, La Liqada təkcə “Real Madrid”in hücumçusu Kilian Mbappenin deyil, həm də bir sıra digər tanınmış oyunçuların bazar dəyəri artıb.

Publika.az xəbər verir ki, siyahının əvvəlki versiyası ilə müqayisədə “Real Madrid”in yarımmüdafiəçisi Arda Gülərin qiyməti 60 milyon avrodan 90 milyon avroya yüksəlib.

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopezin də dəyəri (60 milyondan 70 milyona), “Atletiko Madrid”in yarımmüdafiəçisi Pablo Barriosun (55 milyondan 60 milyona) və “Real Madrid”in müdafiəçisi Alvaro Karrerasın (50 milyondan 60 milyona) dəyəri artıb.

Seçilən
27
1
publika.az

2Mənbələr