Luis Suares komandasını tezliklə dəyişəcək. “İnter Mayami”nin hücumçusu ABŞ klubundan ayrılmağa hazırlaşır.
"Football-plus.az" xəbər verir ki, “TyC Sports” nəşrinin məlumatına görə, 38 yaşlı uruqvaylı futbolçunun ilin sonunda müddəti başa çatacaq müqaviləsini yeniləmək niyyətində olmadığı məlum olub.
Baş məşqçi Xavyer Masçeranonun rəhbərliyi altında əsas heyətdəki yerini itirən futbolçunun karyerasını vətənində davam etdirmək istədiyi bildirilir. Suaresin yetirməsi olduğu “Nasyonal”a qayıtmaq variantını nəzərdən keçirdiyi qeyd olunur. Xatırladaq ki, o, 2022-ci ildə də qısa müddətdə bu komandanın şərəfini qoruyub.
“İnter Mayami”yə 2024-cü ildə qoşulan Luis cari mövsümdə 32 oyuna çıxıb. Təcrübəli oyunçu bu oyunlarda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta