Amerikalı aktyor, məşhur Hollivud ulduzu Piter Qrin (Peter Greene) 60 yaşında vəfat eidb.
Heftelik.az xəbər verir ki, bu barədə “Nyu-York Post” nəşri aktyorun menecerinə istinadən məlumat yayıb.
Aktyorun meyiti dekabrın 12-də Nyu Yorkda “Lower East Side” məhəlləsində yerləşən mənzilində aıkarlanıb.
Polis meyitin üzərində şübhəli əlamətlər olmadığını açıqlayıb. Ölüm səbəbi tibbi ekspertin rəyindən sonra müəyyənləşdiriləcək.
Qeyd edək ki, Piter Qrin 1990 cı illərdə kino tarixində yadda qalan rollarla tanınıb. O, Quentin Tarantinonun “Qeyri-adi hekayələr” (“Pulp Fiction”) filmində Zed xarakterini və Cim Carreynin baş rolunu oynadığı “Maska” (“The Mask”) filmində mənfi qəhrəman Dorian Tayrell obrazını canlandırıb. Bundan əlavə, o, “Adi şübhəlilər” (“The Usual Suspects”), “Təlim günü” (“Training Day”) və “Mavi iz” (“Blue Streak”) kimi filmlərdə də çəkilib.
