Bakı. Trend:
Tailand və Kamboca rəhbərliyi cəbhə xəttində baş verən qanlıtoqquşmalardan sonra atəşkəsə razılaşıblar.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp öz“Truth Social” sosial şəbəkəsində yazıb.
O bildirib ki, Tailandın baş naziri Anutin Çarnvirakul vəKambocanın Baş naziri Hun Manet ilə “uzun müddətdir davam edənmüharibələrinin yenidən alovlanması” məsələsi ilə bağlı söhbətedib.
“Onlar bu axşamdan etibarən atəşkəs elan etməyə və Malayziyanınbaş naziri Ənvər İbrahimin də yardımı ilə, şəxsən mənimlə vəonların öz aralarında bağlanmış ilkin sülh sazişinə geri dönməyərazılaşıblar”,- deyə Tramp yazıb.
O, hər iki ölkənin də “sülhə və ABŞ ilə ticarətin davametdirilməsinə” hazır olduğunu vurğulayaraq, bu dövlətlərinliderləri ilə işləməyin onun üçün “bir şərəf” olduğunu qeydedib.
Tramp həmçinin, Tailand və Kamboca arasında atəşkəsin təminolunmasına göstərdiyi köməyə görə Malayziyanın baş naziri Ənvərİbrahimə təşəkkür edib.