AZ

Nizamidə quldurluq edib Tərtərdə gizlənən şəxs ələ keçdi

Bakı.Trend:

Dekabrın 7-də səhər saatlarında paytaxtın Nizami rayonuərazisində quldurluq hadisəsi qeydə alınıb.

Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki,bir qadın yaşadığı evə doğru gedərkən naməlum şəxsyaxınlaşaraq onu kəsici-deşici alətlə hədələyib. O, bu yolla qadınaməxsus 1300 manat dəyərində iki qızıl üzüyü və çantasındakı 50manatını talayaraq hadisə yerindən qaçıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarınınhəyata keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdəşübhəli bilinən, əvvəllər də oğurluq və quldurluqla əlaqəlicinayətlərə görə məhkum olunmuş 55 yaşlı Zaman Bayramov polisəməkdaşları tərəfindən Tərtər rayonunda müəyyən edilərəksaxlanılıb. Aparılan araşdırmalarla saxlanılan şəxsin taladığıqızıl-zinət əşyalarını zərgərlik mağazasında satdığı məlumolub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Seçilən
40
23
az.trend.az

10Mənbələr