Cinah hücumçusu Məhəmməd Salah “Liverpul”un əsas heyətinə qaytarılıb.
Fanat.Az “Sky Sports”a istinadən xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 16-cı turunda "qırmızılar"ın "Brayton"a qarşı bu gün keçirəcəyi matçda komandasının sıralarında olacaq.
Salah Çempionlar Liqasında "İnter"lə səfər oyununu buraxıb (1:0). Misirli ulduzun heyətdən kənarlaşdırılmasının səbəbi ardıcıl üçüncü dəfə ehtiyatda qaldıqdan sonra mətbuata qalmaqallı açıqlama verməsidir.
33 yaşlı Mo 2017-ci ilin yayından "Liverpul"da çıxış edir. Sözügedən futbolçu mersisaydlıların heyətində ümumilikdə 420 oyuna çıxaraq 250 qol və 116 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat