AZ

Belarusun Milli Kitabxanası Azərbaycan bayrağının rənglərinə boyanıb

Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası Azərbaycan Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.

"Cebheinfo.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyi və Ticarət Evinin birgə təşəbbüsü ilə keçirilən aksiya 12 Dekabr - ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunub.

Dekabrın 12-də axşam saatlarından etibarən Minsk Milli Kitabxanası göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb və "12 Dekabr - Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günüdür" şüarı yayımlanıb.

"Cebheinfo.az"

Seçilən
33
3
cebheinfo.az

4Mənbələr