Hüseyn Quliyev 1978-1982-ci illərdə SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşavir, 1984-1990-cı illərdə SSRİ-nin Türkiyədəki birinci katib-müşaviri işləyib. 80 yaşlı diplomat 1991-1995-ci illərdə Moskva şəhərində Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı olub. Quliyev 1995-1997-ci illərdə "İDİL" Türk inşaat şirkətinin Rusiya nümayəndəsi, 1997-2007-ci illərdə isə Rusiyanın “Trans-nafta” şirkətinin vitse-prezident vəzifəsində çalışıb. 2007-2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər nazirliyində şöbə müdiri, 2009-2012-ci illərdə idarə rəisi postunu tutub. Hüseyn Quliyev 2012-ci ildə Azərbaycanın Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır. Ailəlidir, 2 övladı, 3 nəvəsi var. Nazim Hüseynzadə / Metbuat.az