AZ

Bakıda şadlıq sarayında başlayan yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Nizami rayonu, Məhsəti küçəsində şadlıq sarayında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq FHN-in Mətbuat Xidmətindən bildirilib.

Məlumatda qeyd olunub ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub:

"Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb".

12:57

Nizami rayonunda yerləşən "Bahar" şadlıq sarayında yanğın başlayıb.

Oxu.az-ın məlumatına görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar.

Məlumata görə, şadlıq sarayı hazırda fəaliyyətdə deyil, obyektin yenidən fəaliyyətə başlaması üçün hazırlıq işləri gedirmiş.

Hadisə ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

"Cebheinfo.az"

Seçilən
49
2
cebheinfo.az

3Mənbələr