Bakı. Trend:
Bu həftə "Azeri Light CIF", "Azeri Light FOB Ceyhan" və "DatedBrent" markalı neftin orta qiymətləri azalıb.
Trend-inməlumatına görə, Azərbaycanın “Azəri–Çıraq–Günəşli” yatağında hasilolunan "Azeri Light CIF" markalı neftin orta qiyməti ötən həftə iləmüqayisədə 1,42 ABŞ dolları və ya 2,1% azalaraq bir barel üçün65,07 ABŞ dolları təşkil edib.
Həftə ərzində ən yüksək qiymət 66,00 ABŞ dolları, minimum qiymətisə 64,36 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalıneftin orta qiyməti bir barel üçün 63,09 ABŞ dolları təşkil edibki, bu da ötən həftə ilə müqayisədə 4,88 ABŞ dolları və ya 12%azdır. Həftə üzrə maksimum qiymət 64,07 ABŞ dolları, minimum qiymətisə 62,33 ABŞ dolları olub.
"Urals" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə3,9 ABŞ dolları və ya 8,7% azalaraq bir barel üçün 35,87 ABŞdolları səviyyəsində formalaşıb. Həftə ərzində maksimum qiymət37,35 ABŞ dolları, minimum qiymət isə 34,51 ABŞ dolları olub.
"Dated Brent" markalı neftin orta qiyməti bir barel üçün 62,65ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 1,71ABŞ dolları və ya 2,7% azdır. Həftə ərzində bu markanın maksimumqiyməti 63,77 ABŞ dolları, ən aşağı qiyməti isə 61,99 ABŞ dollarıolub.
Neft / Tarix | 08.12.2025 | 09.12.2025 | 10.12.2025 | 11.12.2025 | 12.12.2025 | Orta qiymət |
Azeri LT CIF | $66.00 | $65.32 | $65.23 | $64.36 | $64.43 | $65,07 |
Azeri Light FOB Ceyhan | $64.07 | $63.40 | $63.31 | $62.33 | $62.36 | $63,09 |
Urals (EX NOVO) | $37.35 | $36.41 | $36.09 | $34.99 | $34.51 | $35,87 |
Dated Brent | $63.77 | $62.82 | $62.58 | $61.99 | $62.09 | $62,65 |