AZ

Upamekano karyerasını Premyer Liqa klubunda davam etdirə bilər

BAKI, 13 dekabr. TELEQRAF

Almaniyanın “Bayer Münhen” klubunun futbolçusu Dayo Upamekano karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Teleqraf xəbər verir ki, 27 yaşlı müdafiəçi “Çelsi” və “Mançester Siti”nin maraq dairəsindədir.

Fransalı müdafiəçi gələn ilin yayında Münhen klubuyla müqaviləsi başa çatdıqda sərbəst agent ola bilər. Transfermarkt portalı Upamekanonun dəyərini 60 milyon avro qiymətləndirir.

Qeyd edək ki, cari mövsümdə Dayo Upamekano klub üçün bütün turnirlərdə 20 matçda iştirak edib və 1 qol vurub.

Seçilən
15
teleqraf.com

1Mənbələr