AZ

"Fənərbaxça" İngiltərə millisinin üzvünə "elçi düşdü"

Türkiyənin "Fənərbaxça" klubu qışda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi icarə əsasında "Aston Villa"da çıxış edən Ceydon Sançodur. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Fənərbaxça" ingiltərəli vingerin müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"lə danışıqlara başlayacaq. Super Liqa klubu "qırmızı şeytanlar"la 6 aylıq sözləşməsi qalan 25 yaşlı ön xətt oyunçusunu münasib qiymətə transfer edə biləcəyinə ümid edir.

Qeyd edək ki, Ceydon Sanço mövsümün əvvəlində "Aston Villa"ya keçib. İngiltərə millisinin üzvü Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

saytlarin hazirlanmasi

Seçilən
13
3
sportal.az

5Mənbələr