
Avropa Birliyi (Aİ) üzv dövlətlərdə saxlanılan 210 milyard avro dəyərində Rusiya aktivlərini qeyri-müəyyən müddətə dondurub.
Yeniavaz.com “Reuters” agentliyinə istinadla xəbər verir ki, daimi dondurmanın məqsədi Belçikanı həmin Rusiya aktivlərindən istifadə edərək Kiyevə kredit verməyə razı salmaqdır.
Bildirilir ki, Belçika artıq sözügedən Aİ planını dəstəklədiyini açıqlayıb. Dondurulmuş Rusiya aktivləri 2026-2027-ci illərdə Ukraynanın hərbi və mülki büdcə ehtiyaclarını ödəmək üçün veriləcək.