ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Real Madrid"in mərkəz müdafiəçisi Antonio Rüdiger "Qalatasaray"a keçə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.
Məlumata görə, "sarı-qırmızılar" bu keçidi gələn ay reallaşdırmağı hədəfləyiblər. Mənbə Türkiyə nəhənginin öncə 32 yaşlı futbolçunun özü, ardından klubu ilə danışmaq istədiyini vurğulayıb.
Qeyd edək ki, Rüdigerin "Real"la müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. "Transfermarkt" portalı almaniyalı oyunçunun transfer qiymətini 12 milyon avro ilə dəyərləndirir. O, cari mövsüm "Kral klubu"nun heyətində 3 matça çıxıb.
Nihat
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.