Azərbaycan "OpenAI" şirkəti ilə suveren süni intellekt infrastrukturunun yaradılmasını müzakirə edib.
FED.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Müzakirələr R.Nəbiyevin ABŞ-yə səfəri çərçivəsində "OpenAI" şirkətinin tətbiqi tədqiqatlar ofisinin rəhbəri Boris Pouer ilə görüşdə olub.
"Suveren süni intellekt infrastrukturunun yaradılması, birgə innovasiya və tədqiqat təşəbbüsləri, təhsil və kadr hazırlığı, lokal tələblərə uyğunlaşdırılmış süni zəka həlləri sahəsində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq", - deyə nazir qeyd edib.