AZ

Dünyanın ən bahalı futbolçuları onlardır

“Transfermarkt” internet portalı İspaniya La Liqasındakı futbolçuların bazar dəyərlərini yenilədikdən sonra, “Real Madrid”in hücumçusu Kilian Mbappenin dəyəri 200 milyon avro olaraq qiymətləndirilib.

Publika.az xəbər verir ki, bu, fransızı “Mançester Siti”nin hücumçusu Erlinq Haland və “Barselona”nın cinah oyunçusu Lamin Yamalla birlikdə dünyanın ən bahalı oyunçusu edib.

Bu oyunçuların ən yaxın təqibçisi “Real Madrid”in hücumameylli yarımmüdafiəçisi Cud Bellinqemdir. Onun transfer dəyəri 160 milyon avro olaraq qiymətləndirilir. Lakin son yeniləmə nəticəsində ingilis futbolçu 20 milyon avro ucuzlaşıb. Əvvəllər onun dəyəri 180 milyon avro idi.

Seçilən
15
publika.az

1Mənbələr