AZ

Veb sayt yığan, amma öz saytı işləməyən şirkət Forum keçirəcək: DQDİK işi kimə etibar edib?..

Dini Qurmlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yaxın günlərdə dindarların II Forumunu keçirəcək...

Tribuna.az xəbər verir ki, artıq bununla bağlı hazırlaıqlara start verilib.

Həmçinin forumun keçirilməsi üçün lazım olan vəsaitin ayrılması və tədbirin təşkili üçün zəruri olan işlərin rallaşdırılması üçün tender də keçirilib. Dünən müsabiqənin nəticəsi açıqlanıb. Bəlli olub ki, DQDİK-in tenderinin qalibi “ONECLICK.AZ” MMC olub. Forumun keçirilməsi isə 188 min 219 manata başa gələcək.
Açıq mənbələr üzrə apardığımız araşdırma zamanı bəlli olub ki, Oneclick.az müxtəlif fəaliyyət sahələrini əhatə edən şirkət və qurumların ən geniş kataloqunu təqdim edən biznes – informasiya portalıdır. Bu şirkətin əsas işlərindən biri də veb saytların yığılması və texniki xidmətdir. Qəribədir ki, şirkətin özünə məxsus veb saytı faktiki olaraq işləmir.

Onu da qeydd edək ki, açıq mənbələrdə şirkət haqqında geniş məlumat yoxdur. Facebook hesabında isə 2014-cü ildə yaradıldığı qeyd edilib. MMC-nin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir. Şirkətin hüquqi təmsilçisi isə Elvin Qurbanov Ağabala oğludur.

Poliqon.info

Seçilən
31
1
poliqon.info

2Mənbələr