"Samsung"un "TriFold" ekranının təmiri iPhone 17 Pro-nun qiymətinə yaxın başa gələcək.
Milli.Az xəbər verir ki, Cənubi Koreyada "Samsung"un qatlanan "Galaxy Z TriFold" smartfonunun satışı başlayıb.
İlk partiya bir neçə dəqiqə ərzində tamamilə satılıb.
GSMArena-nın məlumatına görə, smartfonun daxili qatlanan ekranının təmiri minimum 1 657 500 von təşkil edəcək.
Bu, "Samsung"un tarixində ekranın ən yüksək qiymətə təmir edilməsi deməkdir. Məsələn, eyni məbləğlə Rusiyada orta qiyməti 97,5 min Rubl olan iPhone 17 Pro almaq mümkündür.
İstehsalçı istifadəçilərin xərclərini azaltmaq üçün ekranın bir dəfəlik dəyişdirilməsinə 50% endirim imkanı təqdim edir. Xarici ekranın təmiri isə nisbətən ucuzdur. ( təxminən 137 000 von).
Galaxy Z TriFold-un Cənubi Koreyada satış qiyməti 3,59 mln von (təxminən 5800 azn) təşkil edir. Smartfon hazırda yalnız 20 rəsmi mağazada satışa çıxarılıb və dərhal tükənib.
İsmayıl
Milli.Az