AZ

Rusiyada diaspor rəhbərimizin işi ermənilərə tapşırıldı - təsadüf, ya....


Tural İsmayılov: “İfadə verən şəxslərin erməni əsilli hüquq-mühafizə əməkdaşları olması təsadüfi detal sayıla bilməz”

Məlum olduğu kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri, hazırda həbsdə olan Rusiya vətəndaşı Şahin Şıxlinskiyə yekun ittiham elan edilib, iş baxılması üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, Şahin Şıxlınski barəsində Rusiya Cinayət Məcəlləsinin 318-ci (Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə), həmçinin sifarişli qətlə cəhd maddələri ilə cinayət işi açılıb.

Maraqlı məqam ondan ibarətdir ki, 2025-ci il iyulun 1-də baş vermiş hadisə zamanı Şıxlinskiyə qarşı ifadə verən də Daxili İşlər Nazirliyinin başqa bir erməni əsilli əməkdaşı Karen Kamoyeviç Tutuncyandır: “İstintaq materialları ilə tanış olan zaman Şahin Şıxlinski barədə cinayət işinin birtərəfli və qərəzli aparıldığı, ona qarşı irəli sürülən ittihamlarda kifayət qədər ziddiyyətli məqamların mövcud olduğu görülür”.

Maraqlıdır, Şahin Şıxlinski işinin bu cür aparılması, erməni şahidlərin dindirilməsi təsadüfdir, yoxsa başqa səbəblər var?

“Şahin Şıxlinskiyə qarşı həm hakimiyyət nümayəndəsinə zorakılıq, həm də sifarişli qətlə cəhd kimi ağır maddələrin irəli sürülməsi hüquqi məntiq baxımından kifayət qədər mübahisəlidir”

Siyasi şərhçi Tural İsmayılov baki-xeber.com-a şərhində bildirdi ki, bu işin gedişinə baxanda “təsadüf” sözü bir az sadəlövhlük kimi görünür: “Rusiyada işin bu qədər ziddiyyətli aparılması suallar doğurur. Şahin Şıxlinskiyə qarşı həm hakimiyyət nümayəndəsinə qarşı zorakılıq, həm də sifarişli qətlə cəhd kimi ağır maddələrin irəli sürülməsi hüquqi məntiq baxımından kifayət qədər mübahisəlidir. İttihamların eyni epizod çərçivəsində bir-birini tamamlamaması istintaqın hüquqi deyil, siyasi motivlərlə yükləndiyi təəssüratını yaradır. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, əsas ifadə verən şəxslərin erməni əsilli hüquq-mühafizə əməkdaşları olması təsadüfi detal sayıla bilməz. Rusiya daxilində etnik diasporlar arasında disbalans bəzən hüquqi proseslərə də sirayət edir.

Yekaterinburq kimi strateji şəhərdə Azərbaycan diasporunun fəal rəhbərinin neytrallaşdırılması prosesi də var ortada.

İstintaq materiallarında ziddiyyətlərin çoxluğu isə məhkəmənin qarşısına artıq “hazır hökm” gözləntisi ilə çıxıldığını düşündürür. Bu isə, hüququn aliliyindən daha çox, inzibati sifariş ehtimalını gücləndirir. Belə işlərdə bir fiqurun yox, bir mesajın hədəf seçilməsi daha real görünür. Şıxlinski işi həm də diaspor fəallığına verilən xəbərdarlıq kimi dəyərləndirilə bilər. Ona görə də bu prosesi sadəcə cinayət işi yox, daha geniş geosiyasi və etnopolitik çərçivədə oxumaq lazımdır”.

Günel CƏLİLOVA

Seçilən
4
baki-xeber.com

1Mənbələr